20 Aprel 2025
Azərbaycan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb: Ona etiraz notası verilib

Azərbaycan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb: Ona etiraz notası verilib

Azərbaycan səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb: Ona etiraz notası verilib

24 Yanvar 2025 20:31 | Baxış sayı: 470

Bu gün Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinə çağırılıb; Ona Azərbaycanda iranlı tələbələrə qarşı “müəyyən dairələrin əxlaqsız hərəkətləri”nə etiraz notası təqdim edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Nəşrin yazdığına görə, İran Xarici İşlər Nazirliyinin Avrasiya Məsələləri Departamentinin rəhbəri Müctəb Dəmirçilu Azərbaycan səfiri ilə görüşündə bu cür addımları “zərərli” adlandırıb və “bu cür neqativ hərəkətlərin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

İran rəsmisi həmçinin din xadimlərinə qarşı “istənilən təhqirlərə qarşı qətiyyətlə mübarizə aparmağın” vacibliyini vurğulayıb.

“Azərbaycan səfiri bəzi neqativ bəyanatlara və hərəkətlərə görə təəssüfləndiyini bildirib və vəziyyəti ölkəsinin hakimiyyət orqanlarının diqqətinə çatdıracağına söz verib”.

Azərbaycan xəbər agentliyi Turan-ın məlumatına görə, son günlər Azərbaycan Tibb Universitetində təhsil alan 10 iranlı tələbə “əxlaqsız davranışa” görə ölkədən qovulub.