SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycan Rusiyanın daha üç şəhərinə uçuşları dayandırdı
27 Dekabr 2024 19:27 | Baxış sayı: 447
AZAL Bakıdan Rusiyanın digər üç şəhərinə – Nijni Novqorod, Vladiqafqaz və Saratova sərnişin reyslərini dayandırır. Bu barədə AZAL-ın 27 dekabr tarixli məlumatında deyilir.
Bundan əvvəl AZAL Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı və Mahaçqalaya uçuşların dayandırıldığını elan edib.
Bu qərar dekabrın 25-də Qroznı üzərində Rusiya raketinin “Embraer” laynerinə ciddi ziyan vurmasından və ona qəza enişinə imkan verilməməsindən sonra mülki aviasiya üçün risk nəzərə alınmaqla qəbul edilib. Təyyarə Aktauya uçmağa məcbur olub və eniş zamanı qəzaya uğrayıb. Nəticədə 38 sərnişin və Azərbaycan avialaynerinin üzvləri həlak olublar.