20 Aprel 2025
Azərbaycan Ordusunun hərbçisi VƏFAT ETDİ - FOTO

Azərbaycan Ordusunun hərbçisi VƏFAT ETDİ - FOTO

Azərbaycan Ordusunun hərbçisi VƏFAT ETDİ - FOTO

01 İyul 2024 07:04 | Baxış sayı: 398

Goranboyda 40 yaşlı hərbçi iştirak etdiyi toyda vəfat edib.

AJMEDİA.İNFO Unikal.az-a istinadən bildirir ki, 1984-cü il təvəllüdlü Yardımlı sakini Şərbətov Pərviz Əliqulu oğlu kapitandır.

O, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Toyda ölən hərbçimizin görüntüsü -