SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAzərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub
17 İyun 2023 11:02 | Baxış sayı: 405
Səhiyyə naziri Teymur Musayev tibb sahəsində xidmətləri ilə fərqlənən bir qrup şəxsə “Səhiyyə əlaçısı” döş nişanı təqdim edib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölmənin rəhbəri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyeva tibb sahəsində əldə etdiyi nailiyyətlərə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.
Döş nişanı ilə təltif olunması münasibəti ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölmənin rəhbər Yazgül Abdıyevanı təbrik edir, ona möhkəm can sağlığı, peşəkar fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!