İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
13 dəqiqə əvvəlAzərbaycan mədəniyyətinə AĞIR İTKİ - Tanınmış şəxs FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ - FOTOLAR
25 Noyabr 2023 07:46 | Baxış sayı: 878
Neftçalada tanınmış rəssam yol qəzası səbəbindən dünyasını dəyişib.
AJMEDİA.İNFO xəbər verir ki, uzun illər Neftçala Tarix-Diyarşünaslıq Muzeyində çalışan rəssam Nurəddin Nəzərov motosikletlə balıq tutmağa gedərkən yol qəzası baş verib. Belə ki, motosikletin qarşısına iribuynuzlu heyvan çıxdığından sürücü idarəetməni itirib. Nəticədə motosiklet aşıb və kuzada olan N.Nəzərov yıxılaraq ağır xəsarət alıb. O, hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 65 yaşlı rəssamın dəfələrlə fərdi sərgiləri təşkil olunub.O, yaradıcılıq fəaliyyəti dövründə rəssamlığın müxtəlif mənzərə, portret, batal, animalistik, tematik tablo janrına müraciət edib. Əsərlərindən “Sonuncu ev”, “Qız qalası”, “Kleopatra”, “Min bir gecə”, “Qoca balıqçı”, “Avtoportret”, “Qladiator” və s. rəsmlərini nümunə göstərmək olar.