20 Aprel 2025
Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO

Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - FOTO

29 Noyabr 2024 10:47 | Baxış sayı: 210

Azərbaycanın Xalq rəssamı Rafiq Nəsirov 78 yaşında vəfat edib.


AJMEDİA.İNFOTrend-ə istinadən xəbər verir ki, vida mərasimi bu gün saat 14:00-da Təzəpir məscidində baş tutacaq.


Qeyd edək ki, Rafiq Əliş oğlu Nəsirov 27 may 1947-ci ildə Sabirabad şəhərində anadan olub. 1954-cü ildə orta məktəbə, 1961-ci ildə isə Politexnik texnikumunun memarlıq fakültəsinə daxil olub. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub.


1969-cu ildən C.Cabbarlı adına "Azərbaycan" kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə dekorativ qurğular söbəsinə rəhbərlik edib və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərib.