SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəl“Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayır” - Corc Dik
28 Fevral 2023 13:22 | Baxış sayı: 467
“Azərbaycanın ilk səfiri İsrailə gəlib”.
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri İsrailin Azərbaycandakı səfiri Corc Dik öz “Twitter” səhifəsində yazıb.
O, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovun ölkəsinə getməsindən məmnunluğunu bildirib:
“Azərbaycan-İsrail münasibətlərində yeni dövr başlayır. Xoş gəlmisiniz, cənab səfir!”
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.