SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlAzərbaycan ilə İsrail arasında siyasi və iqtisadi əlaqələr yeni səviyyəyə yüksəlir DAVİD SELİVERSTOV
20 Aprel 2023 03:30 | Baxış sayı: 1216
Azərbaycan ilə İsrail arasında siyasi və iqtisadi əlaqələr yeni səviyyəyə yüksəlir.
Bu sözləri AJMEDİA.İNFO-ya İnsan Hüquqları Xeyriyyə Cəmiyyətinin direktoru David Seliverstov bildirib.
Onun sözlərinə görə Turizm və ticarət kimi çoxşaxəli sahədə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Azərbaycanın İsraildə səfirliyinin açılması, gələcəyə strateji qərarların qəbul edilməsi, ikitərəfli əlaqələrin inkişafına əlavə təkan verib. Bakı bu tərəfdaşlığı daha da gücləndirməyi hədəfləyir. Ölkələr, gələcək inkişafı hərbi sahədə əməkdaşlığı sürətləndirə bilər. Bu, hərbi təhlükəsizlik baxımından Azərbaycan üçün vacibdir. Yaxın gələcəkdə elmi-texniki əməkdaşlıq, informasiya texnologiyaları, tibb, suyun təmizlənməsi, kənd təsərrüfatı və mədəni mübadilə kimi sahələrdə ikitərəfli əlaqələrin intensivləşəcəyi gözlənilir. Daha da vacibi odur ki, təhlükəsizlik sahəsində, eləcə də terrorla mübarizə sahəsində strateji əməkdaşlıq iki kiçik ölkənin yüksək etibarsız şəraitdə uğurlu əməkdaşlıq üçün unikal birləşmə tapdığını sübut edir.
Seliverstov İsrailin Xarici İşlər nazırı Eli Kohenin Azərbaycana səfərinı, iki tərəfli bağlanan sazişlər və hazırda baş verənləri, əməkdaşlığın davaminin uzanıqlığı və hər şeyin lazım olduğu kimi getdiyini bildirib. Bu, Azərbaycanda olduğu kimi, İsrailin özündə də çox yüksək qiymətləndirilib.
Nəsimi Əbilov