İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
13 dəqiqə əvvəlAzərbaycan futbolu tarixində ilk - FOTO
10 Aprel 2025 17:03 | Baxış sayı: 437
UEFA tarixdə ilk dəfə avrokubokların 1/4 final oyunu üçün AFFA-ya təyinat göndərib.
AJMEDİA.İNFO xəbər verir ki, AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva bu şərəfə layiq görülüb.
O, UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Rapid" (Avstriya) - "Dyurqarden" (İsveç) oyununa təyinat alıb. Həmvətənimiz bu matçda UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qarşılaşma aprelin 17-də Vyanada Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.