SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycan Fransadan böyük həcmdə məxfi məhsullar alıb
16 Mart 2023 17:14 | Baxış sayı: 705
Bu ilin yanvar ayında Azərbaycan Fransadan 185 milyon 71 min dollar dəyərində məhsul idxal edib.
AJMEDİA.İNFO Yeniavaz.com-a istinadən xəbər veri ki, Fransadan idxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə artıb.
Ötən ilin yanvar ayında Fransa Azərbaycana ən çox məhsul idxal edən ölkələrin sıralamasında 14-cü sırada olduğu halda bu ilin yanvar ayında Rusiyadan sonra 2-ci sırada qərarlaşıb. Fransa idxalda Azərbaycanın əsas ticarət tərəfdaşı olan Türkiyə və Çinin önünə keçib.
Məlumat üçün bildirək ki, Fransadan idxal olunan məhsullar məxfi məhsullar siyahısına daxil edilərək adları açıqlanmayıb.
Qeyd edək ki, bu cür məhsullara əsasən silah-sursat daxil edilir və onların gömrük mal kodları 93 ədədi ilə işarələnir.