İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 dəqiqə əvvəlAzərbaycan elminə AĞIR İTKİ: Professor vəfat etdi - FOTO
17 May 2023 07:32 | Baxış sayı: 476
Azərbaycan Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsi vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, tarix elmləri doktoru, professor Xan Xoyski Azad Cəfər oğlu 75 yaşında vəfat edib.
Qeyd edək ki, Azad Xan Xoyski Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, Cümhuriyyətin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir.
O, “Azərbaycan Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.