20 Aprel 2025
Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

Azərbaycan elminə AĞIR İTKİ - FOTO

28 Fevral 2025 10:57 | Baxış sayı: 659

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.


Bu barədə AJMEDİA.İNFO-ya onun oğlu Toğrul Mehdi məlumat verib.


Qeyd edək ki, Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.


Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültələrini bitirib.


O, ədəbi fəaliyyətə 1970-ci illərdə başlayıb. Milli ədəbiyyat və estetik mədəniyyət tarixini müasir elmi-nəzəri meyar və fəlsəfi ümumiləşdirmələrlə tədqiq edilməsində xidmətləri olub.


Bədii dil, fəlsəfə, ədəbiyyat və incəsənət problemləri ilə ardıcıl məşğul olaraq dövri mətbuatda müntəzəm çıxışlar edib.

Niyazi Mehdi VƏFAT ETDİ