SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAzərbaycan bu cinayətkarı Rusiyaya VERMƏDİ
23 Yanvar 2025 18:00 | Baxış sayı: 550
Rusiyada adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə Azərbaycanda hökm oxunub.
AJMEDİA.İNFO Rusiya mediasına istinadla bildirir ki, 2023-cü il iyulun 15-nə keçən gecə Koryazmada Azərbaycan Respublikasının vətəndaşı Əliyev Davud Mustafa oğlu Arxangelsk vilayətində restoranda münaqişə zəminində 41 yaşlı yerli sakinə 4 ədəd bıçaq zərbəsi vurub. Yaralının həyatını xilas etmək mümkün olub və Əliyev ölkədən qaçıb.
Tezliklə cinayətkarın Azərbaycanda gizləndiyi məlum olub. Hüquq-mühafizə orqanları onu geri qaytarmağa çalışsalar da, onların tələbi təmin edilməyib.
Bununla belə o, Azərbaycanda məhkum edilib. Onun barəsində cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il həbs qərarı verilib.(lent.az)