Yerusəlimdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - VİDEO
5 saat əvvəlAzərbaycan boksçuları Avropa birinciliyində 9 medal qazanıblar
11 Avqust 2024 09:48 | Baxış sayı: 502
Azərbaycan millisi Bosniya və Herseqovinanın Banya Luka şəhərində məktəbli qız və oğlan boksçular arasında keçirilən Avropa birinciliyini 9 medalla başa vurub.
"Report" xəbər verir ki, boksçularımızdan Aysel Fərəcova (40 kq), Cəmilə Muradlı (48 kq), Səma Abbasova (60 kq) və Nurlan Müseyibli (60 kq) yarışda ikinci yeri tutublar.
Kəmalə Həsənova (51 kq), Şükar Əliyev (63 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənov (90 kq) isə birincilikdə bürünc medal qazanıblar.