SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlAZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması İMZALADI
11 Fevral 2025 10:20 | Baxış sayı: 297
Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb.
AJMEDİA.İNFO bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, əməkdaşlıq çərçivəsində hər iki aviaşirkətin müştəriləri bir-birinin həyata keçirdiyi reyslərdən yararlana biləcəklər.
Belə ki, “EL AL”ın kodu (LY) AZAL-ın Təl-Əviv-Bakı uçuşlarına və gələcəkdə onların tranzit reyslərinə də əlavə olunacaq. “Matmid” loyallıq proqramının üzvləri də Bakıya yerinə yetirilən reyslərdə mil qazanmaq imkanına sahib olacaqlar.
Biletləri hər iki aviaşirkətin rəsmi saytından və ya tur-agentliklər vasitəsilə əldə edə etmək olar.