SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlAZAL Tel-Əviv istiqamətində uçuşları BƏRPA EDİR - BU TARİXDƏN
29 Noyabr 2024 15:57 | Baxış sayı: 616
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 30 noyabr tarixindən etibarən Bakıdan İsrailin Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən AJMEDİA.İNFO-ya daxil olan xəbərə görə, aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app.