SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlAZAL-ın qəzaya uğrayan təyyarəsinin YAYIMLANMAMIŞ FOTOLARI
04 Fevral 2025 23:10 | Baxış sayı: 331
Xəbər verdiyimiz kimi, Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsi ilə baş vermiş qəzanın təhqiqatına dair ilkin hesabat”ı dərc edib.
AJMEDİA.İNFO xəbər verir ki, nazirlik hesabata təyyarənin əvvəllər yayımlanmamış fotolarını da əlavə edib.
“Qorunub saxlanılan fraqmentlərin ilkin müayinəsi nəticəsində təyyarənin quyruq hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və qeyri-deşik zədələr aşkalanıb. Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində də aşkar edilib. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir”, - hesabatda qeyd olunub.