20 Aprel 2025
Azad olunan ərazilərin bərpasına ayrılan vəsait 856 milyon azaldılır

Azad olunan ərazilərin bərpasına ayrılan vəsait 856 milyon azaldılır

Azad olunan ərazilərin bərpasına ayrılan vəsait 856 milyon azaldılır

27 Dekabr 2024 18:30 | Baxış sayı: 339

Gələn il dövlət büdcəsindən tikinti və şəhərsalmaya 6 milyard 687 milyon 457 min manat vəsaitin ayrılması nəzərdə tutulur.
AJMEDIA.INFO
xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025-ci il dövlət büdcəsi haqqında” Qanunda yer alıb.

Müqayisə üçün bildirək ki, bu ilin dövlət büdcəsi ilə müqayisədə tikinti və şəhərsalma xərcləri 1 milyard 423 milyon 883 min 300 manat və ya 17,6% azalacaq. Belə ki, bu il tikinti və şəhərsalma xərcləri 8 milyard 111 milyon 340 min 300 manat olub.

Qeyd edək ki, gələn il tikinti və şəhərsalma xərclərinin 2 milyard 685 milyon 400 min manatını investisya xərcləri, 4 milyard manatını isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri təşkil edəcək.

Onu da bildirək ki, bu il investisya xərcləri 3 milyard 254 milyon, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri isə 4 milyard 855 milyon 800 min manat olub.//Yeniavaz.com