20 Aprel 2025
Aysun İsmayılova ikinci dəfə boşanır? - Əri AÇIQLADI

Aysun İsmayılova ikinci dəfə boşanır? - Əri AÇIQLADI

Aysun İsmayılova ikinci dəfə boşanır? - Əri AÇIQLADI

23 Yanvar 2025 14:38 | Baxış sayı: 543

Müğənni Aysun İsmayılova tanınmış vəkil olan həyat yoldaşından boşanır.

AJMEDİA.İNFO xəbər verir ki, tərəflər artıq bununla bağlı hüquqi addımlar atıblar.

Xəbəri dəqiqləşdirmək üçün Lent.az müğənninin vəkil həyat yoldaşı 30 saylı Vəkil Bürosunun rəhbəri Ramil Vəliyevlə əlaqə saxlayıb.

R. Vəliyev bildirib ki, ailədə problemlər olsa da hələlik bununla bağlı məhkəməyə müraciət olunmayıb: "Mənim kobud və soyuq xarakterdə olmağıma görə müəyyən problemlər var, amma boşanma qərarı və ya iddia verilməyib məhkəməyə".

Qeyd edək ki, cütlük 2 il öncə ailə qurmuşdular və onların Sevgi adlı qız övladı var.