SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlAygün Kazımovanın milyonluq səhifəsi BELƏ OĞURLANIB - TƏFƏRRÜAT
18 Yanvar 2024 11:55 | Baxış sayı: 676
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan səhifəsi oğurlanıb.
AJMEDİA.İNFO xəbər verir ki, sənətçinin səhifəsinin oğurlanmasında müəyyən mənada aparıcı Ranar Musayev "günahkar" olub. Bu barədə Ranar Musayev instaqramda məlumat paylaşıb.
"Aygün deyib ki, sənə olan sevgim, məni zibilə saldı. Sadəcə səhifəmi qıran haker divaya bədxah "atkoronainstavirus" linkini göndərib. O da elə bilib mənəm və daxil olub. Beləcə profil gedib. İndi səhifəmə qayıdanda bu şəklə baxıb düşündüm ki, sanki Aygün məndən inciyib. Mən də üzr istəyirəm, amma anlayır ki, bizlik deyil. Şəkilləri pozmaq olar, əsas tarixə yazılan ad pozulmazdır", - Ranar qeyd edib.
Aparıcı həm də istifadəçiləri diqqətli olmağa səsləyib: "Artıq stressdən qorunmaq üçün, hamı diqqətli olsun, çəhrayı at, başında tac səhifəniz üçün təhlükəlidir, ola bilsin başqa növü də var". (Publika.az)