20 Aprel 2025
Aygün Bəylərin bacısından mediaya qadağa

Aygün Bəylərin bacısından mediaya qadağa

Aygün Bəylərin bacısından mediaya qadağa

07 Yanvar 2024 12:43 | Baxış sayı: 837

Bu gün vəfat etmiş müğənni, Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümmətova cənazənin onun evinə gətiriləcəyini bildirib.

AJMEDİA.İNFO lent.az-a istinadən bildirir ki, Zümrüd Hümmətova evdə çəkilişə icazə verilməyəcəyini bildirib.

“Cənazə Suraxanıda mənim evimə gətiriləcək. Amma çəkiliş üçün mediaya icazə verilməyəcək. Bacım həmişə özünü hörmətli aparıb, istərdim ki, dəfni də elə olsun.

Həmişə mənə deyirdi ki, şou-əhli deyil. Mən də onun vəsiyyəti kimi medianın çəkiliş aparmasını istəmirəm. Baş sağlığı üçün qapımız hamının üzünə açıqdır. Aygün Bəylər hamının sənətkarıdır”, – o qeyd edib.