SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"Axşama rəqqasələr dəvət etmişəm" - Nazilə Fatiməyə yenə qalib gəldi
25 İyul 2023 07:20 | Baxış sayı: 727
Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyeva arasında növbəti məhkəmə çəkişməsi yekunlaşıb.
AJMEDİA.İNFO xəbər verir ki, tərəflər arasında mübahisə Fatimənin sosial şəbəkədə yazdığı status səbəbilə başlamışdı. Fatimə Naziləyə kobud qadın demiş, qarşı tərəf də “ biz stol üstündə rəqs etməmişik ki, nazik qalaq” şəklində cavab vermişdi.
İlk məhkəmə qərarından narazı qalan Fatimə Apellyasiya Məhkəməsinə müraciət etsə də yenə uduzub.
"Sabahı gözəl açdım. Vəkilim zəng edib bildirdi ki, apellyasiya məhkəməsini udmuşuq. Haqqım olanı heç kimdə qoymaram.Təfərrüatlı sənədlər əlimə gələndə yazaram. Hələ istirahətim davam edir. Axşama rəqqasələr dəvət etmişəm " - deyə o yazıb.
Nazilə Səfərli rəqqasədən 50 min təzminat tələb edib.(lent.az)