SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlAvtomobillər bir gündə kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR
30 Mart 2023 08:33 | Baxış sayı: 1063
Nazirlər Kabinetinin qərarı ilə ili 10 ildən köhnə, yəni 2013-cü ilə qədər istehsal olunan avtomobillərin ölkəyə gətirilməsi qadağan edilib.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərar dərc edildikdən 30 gün sonra qüvvəyə minəcək.
AJMEDİA.İNFO xəbər verir ki, bu qərar ili köhnə olan avtomobillərin qiymətinin artmasına səbəb olacaq.
“Artıq bazarda qiymət artımı özünü göstərir. Köhnə avtomobillərdə 2-3 min manat civarında bahalaşma müşahidə olunur. Çünki köhnə avtomobillərə tələbat çoxdur. Artıq onlayn avtomobil satışı saytlarında da köhnə elanlar kütləvi şəkildə yenilənir. Yenilənmə isə sırf qiymət artımı ilə bağlıdır. Dünənə qədər 15 min manata satışa çıxarılan avtomobil artıq 17 min manatdan baha satılır. Gözləntimiz isə odur ki, qiymətlər daha da artacaq”,- deyə Cebhe.info-nun avtomobil alqı-satqısı ilə məşğul olan həmsöhbəti deyib.
Qeyd edək ki, bəzi ekspertlər bu qərarın avtomobil sıxlığını aradan qaldırmağa hesablandığını bildirir.