İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlAvtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdən qiymət dəyişəcək - VİDEO
30 İyun 2023 08:39 | Baxış sayı: 556
Hibrid avtomobillərə maraq böyük olsa da, idxal proqnozu özünü doğrultmadı.
Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, hibrid avtomobillərə tətbiq olunan güzəştlərdən sonra gözlənirdi ki, 2023-cü ildə ölkəmizə idxal olunan ümumi avtomobillərin 10-15 faizindən çoxunu hibrid avtomobillər təşkil edəcək.
"Lakin gözlənilən olmadı".
İldə cəmi 2-3 faiz artım müşahidə edə bildik.
Ekspert bildirib ki, növbəti aydan etibarən bütün yeni avtomobillərin qiymətində artım müşahidə olunacaq. Bu artım isə istehsalçılar tərəfindən anons edilib.
Qeyd edək ki, ölkəmizə 5 ayda 5884 ədəd hibrid avtomobil idxal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 15.8 faiz çox olsa da, gözlənilən artım səviyyəsindən aşağıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
musavat.com