20 Aprel 2025
Avstraliyada oğurlanmış helikopter hotelin damına çırpıldı: Ölən və yaralananlar var

Avstraliyada oğurlanmış helikopter hotelin damına çırpıldı: Ölən və yaralananlar var

Avstraliyada oğurlanmış helikopter hotelin damına çırpıldı: Ölən və yaralananlar var

12 Avqust 2024 14:29 | Baxış sayı: 296

Avstraliyada oğurlanmış helikopter "DoubleTree by Hilton" hotelinin damına çırpılıb.

vesti.ru verdiyi məlumata görə, hadisə Kerns şəhərində baş verib.

Bildirilir ki, şəxsiyyəti hələ müəyyən edilməyən pilot helikopterdə tək olub. O, hadisə yerində həlak olub.

Şahidlərin sözlərinə görə, toqquşmadan sonra partlayış baş verib, bundan sonra hoteldə yanğın başlayıb. Helikopterin parçalarının bir hissəsi hotelin hovuzuna düşüb. İki qonaq (80 yaşlı kişi və 70 yaşlı qadın) xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Təxminən 400 nəfər təxliyə edilib və qonşu hoteldə yerləşdirilib.

Helikopterin sahibi olan "Nautilus Aviation" çarter şirkəti bildirib ki, helikopter oğurlanıb və uçuş icazəsiz həyata keçirilib.

Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu araşdırma aparır və pilotun şəxsiyyətini müəyyənləşdirir.