SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlAvstraliya Ukraynaya 73,5 milyon dollarlıq yardım paketi verəcək
26 İyun 2023 09:03 | Baxış sayı: 456
Avstraliya hökuməti Ukraynaya 73,5 milyon dollarlıq yardım paketi verəcək.
Hərbi yardım paketinə 28 “M113” zirehli maşını, 14 xüsusi təyinatlı maşın, 28 orta ölçülü yük maşını və 14 qoşqu daxildir. Həmçinin Avstraliya Ukraynadan idxal olunan malların rüsumsuz girişini daha 12 ay müddətinə uzadacaq.
“Bu əlavə dəstək Rusiyanın qeyri-qanuni, əsassız və əxlaqsız müharibəsi qarşısında böyük şücaət göstərməyə davam edən Ukrayna xalqına köməklik göstərməklə real dəyişiklik yaradacaq”, - E.Albaniz bildirib.