20 Aprel 2025
"Avroviziya"da məğlub olan əkizlərdən ilk paylaşım

"Avroviziya"da məğlub olan əkizlərdən ilk paylaşım

"Avroviziya"da məğlub olan əkizlərdən ilk paylaşım

10 May 2023 15:30 | Baxış sayı: 525

"Avroviziya" təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları yarışmadakı məğlubiyyətdən sonra ilk dəfə paylaşım ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, əkizlər birinci yarımfinal gecəsindən olan videonu yayımlayaraq, ünvanlarına yazılan tənqidlərə reaksiya veriblər.

"İnanılmaz dərəcədə istedadlı, mehriban, qayğıkeş və dəstək olan insanlarla görüşmək buna dəyərdi. Qucaqlamalarınız və xoş sözləriniz bütün bu təcrübəni ən yaxşı şəkildə unudulmaz etdi" deyə, Turan və Tural paylaşımında yazıb.

Qeyd edək ki, əkizlər yarışmada Azərbaycanı "Tell me more" mahnısı ilə təmsil edirdilər.

Teqlər:
Avroviziya