20 Aprel 2025
Avropada benzinin ən ucuz və ən baha satıldığı ölkələr – Tam siyahı

Avropada benzinin ən ucuz və ən baha satıldığı ölkələr – Tam siyahı

Avropada benzinin ən ucuz və ən baha satıldığı ölkələr – Tam siyahı

27 Fevral 2025 15:02 | Baxış sayı: 996

Əvvəlki aylarda olduğu kimi, fevral ayında da Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin ən ucuz satıldığı ölkə Rusiya olub.
Yeniavaz.com məşhur “Autotraveler” portalının açıqladığı məlumata istinadən xəbər verir ki, şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,65 avro (1,16 manat) təşkil edib.

Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,17 avroya (3,86 manat) satılır.

Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1,6 manata (0,91 avro) bərabərdir.

Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Rusiya və Belarus.

26 fevral tarixinə olan məlumata görə, Avropa ölkələrində “Aİ-95” markalı benzinin orta qiyməti aşağıdakı kimi olub: