20 Aprel 2025
Avropa silah istehsalını kəskin artırır

Avropa silah istehsalını kəskin artırır

Avropa silah istehsalını kəskin artırır

23 İyun 2023 17:09 | Baxış sayı: 482

Avropa İttifaqına (Aİ) üzv ölkələrin daimi nümayəndələri ittifaq ölkələrində artilleriya sursatlarının, reaktiv yaylım atəşi sistemləri və hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalını ildə 1 milyona qədər artırmaq barədə razılığa gəliblər.

Bu barədə İsveçin Aİ Şurasına sədrliyi tviter səhifəsində məlumat yayıb.

“Aİ səfirləri sursat istehsalına dəstək aktının tənzimlənməsi (Act in Support of Ammunition, ASAP - Qeyd) ilə bağlı Avropa Parlamenti ilə danışıqlar aparmaq üçün mandatı indicə təsdiqlədilər. Bu, Aİ-nin silah-sursat istehsalı gücünü artırmağa kömək edəcək. Nəticədə Aİ müdafiə sənayesi Ukrayna Silahlı Qüvvələrinə və üzv dövlətlərə daha yaxşı dəstək vermək imkanı əldə edəcək”, - məlumatda deyilir.