20 Aprel 2025
Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı alovlanıb

Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı alovlanıb

Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı alovlanıb

15 Mart 2025 13:48 | Baxış sayı: 504

Araik və digərləri ilə bağlı kağız parçası qəbul edən deputatların yeni korrupsiya qalmaqalı üzə çıxdı

Martın 13-də Avropa Parlamenti Bakıda saxlanılan ermənilərlə bağlı növbəti dəfə qərəzli, şər-böhtan dolu qətnamə qəbul etdi. Separatçı-quldurların, insanlıq əleyhinə cinayətlər törətmiş ünsürlərin “dərhal və qeyd-şərtsiz azad edilməsini” tələb etdi. Sənəd adlanan kağız parçasında hətta müttəhimlərə qadağan edilmiş psixotrop dərmanların yeridilməsi barədə sərsəmləmə yer alır.

Əlbəttə ki, bu qərarla Avropa İttifaqı bir daha beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq, separatçılara və Azərbaycana qarşı təxribatlarda iştirak edən şəxslərə himayədarlıq etdiyini nümayiş etdirib. Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsi, orada hərbi cinayətlər və etnik təmizləmə aparması Avropa üçün önəm daşımadığı halda, qanuni məhkəmə proseslərinə qarşı çıxması İttifaqın ikili standartlarla fəaliyyət göstərdiyini bir daha bariz şəkildə ortaya qoyur. Avropa Parlamenti belə mövqeyi ilə separatizmi dəstəklədiyini və Cənubi Qafqazda davamlı sülhə mane olduğunu bir daha nümayiş etdirib.

Sözsüz ki, qətnamənin ərsəyə gəlməsində erməni puluna satılmış deputatların həlledici rol oynayıb. Yeri gəlmişkən, bu arada Avropa Parlamentində növbəti korrupsiya qalmaqalı alovlanıb. Belə ki, Belçikanın RTBF telekanalının məlumatına görə, ötən cümə axşamı səhər saatlarında keçirilən polis əməliyyatı Avropa Parlamentindəki nüfuzlu şəxsləri, o cümlədən parlament üzvləri və onların köməkçilərini əhatə edib, onların müxtəlif qazanlar müqabilində Çin texnoloji nəhəngi “Huawei”-nin maraqlarını təbliğ etdikləri üzə çıxıb.

Aylarla davam edən gizli araşdırmadan sonra federal polis korrupsiya, çirkli pulların yuyulması və sənəd saxtakarlığı ilə bağlı sübut və sənədlərlə bağlı 21 axtarış aparıb. Belçikanın federal prokurorluğu təhqiqatın genişmiqyaslı lobbiçilik sxemi ilə bağlı olduğunu təsdiqləyib.//musavat.com