20 Aprel 2025
Avropa Məhkəməsi erməni müharibə canisinə görə Bakıya 1 həftə vaxt verdi

Avropa Məhkəməsi erməni müharibə canisinə görə Bakıya 1 həftə vaxt verdi

Avropa Məhkəməsi erməni müharibə canisinə görə Bakıya 1 həftə vaxt verdi

05 Avqust 2023 05:23 | Baxış sayı: 793

Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirildi; tanınmış hüquqşünasdan SOS: “Azərbaycan beynəlxalq məhkəmələrdə həmişə haqsız məğlubiyyətlərlə üzləşəcək, əgər...”

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Xocalı və Meşəli hərbi canisi Vaqif Xaçatryan haqqında məlumat vermək üçün Azərbaycana bir həftə - avqustun 8-dək vaxt vermək qərarına gəlib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin Facebook ofisindən bildirilib.

“Azərbaycan Avropa İnsan Haqları Məhkəməsini həmin şəxsin olduğu yer, saxlanma şəraiti, səhhəti, göstərilən tibbi yardım və qaytarılması mümkünlüyü barədə məlumatlandırmağa borcludur”, - ofisin açıqlamasında deyilir.

Bu qərarın Azərbaycan üçün yuridik anlama nədir? Ermənistanın terrorçu-cani ilə bağlı müraciətinə nədən belə operativ reaksiya verilib?

Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov isə qeyd edib ki, Azərbaycan İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyadan irəli gələn öhdəliklərə sadiq qalaraq bu məlumatı verəcək. “Eyni zamanda, yumşaq desək, təəccüblüdür ki, Ermənistan hökuməti Avropa Məhkəməsinə belə bir müraciəti edib, çünki həmin məlumatlar açıq mənbələrdə və mediada yer alıb. Görünür, Ermənistanın acizliyi artıq hüquqi müstəviyə keçib”, - deyə Əsgərov əlavə edib. yenimusavat.com