20 Aprel 2025
Avropa Komissiyası "Telegram" istifadəçilərini yoxlayır

Avropa Komissiyası "Telegram" istifadəçilərini yoxlayır

Avropa Komissiyası "Telegram" istifadəçilərini yoxlayır

27 Avqust 2024 15:40 | Baxış sayı: 608

Avropa Komissiyası "Telegram" istifadəçilərinin sayını yoxlayır, çünki hazırda şirkətin elan etdiyi 41 milyon istifadəçi bu kateqoriyaya uyğun gəlmir.

Bu barədə Avropa Komissiyasının nümayəndəsi Tomas Renier brifinqdə bildirib.

Onun sözlərinə görə, platformanın təhlükəsizlik xidmətlərinin düzgün işləməsindən əmin olmaq üçün bu yoxlama mütləqdir.

Xatırladaq ki, "Telegram"ın yaradıcısı Pavel Durov avqustun 24-də Parisin Le Burje hava limanına enərkən Fransada saxlanılıb. Fransa prokurorluğunun bəyanatına görə, Durov 12 cinayətin törədilməsində iştirakda şübhəli bilinir və onların hamısı "Telegram"dan istifadə ilə bağlıdır.