SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlAvropa İttifaqının Belarusa qarşı yeni sanksiyalarının detalları məlum oldu
27 İyun 2024 05:10 | Baxış sayı: 504
Avropa İttifaqı səfirlərinin razılaşdırdığı Belarusa qarşı sanksiyalarına Belarus kalium gübrələrinin Aİ vasitəsilə üçüncü ölkələrə tranzitinə qadağa, həmçinin ikili təyinatlı avadanlıq və elektron komponentlərin Belarusa ixracına qadağa daxildir.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bundan əvvəl Aİ diplomatiyasının rəhbəri Josep Borrell dəfələrlə bəyan edib ki, Aİ “dünya ərzaq bazarına xələl gətirməmək” üçün Belarusdan gələn kənd təsərrüfatı məhsulları və gübrələrə sanksiya tətbiq etmir. Reallıqda 2023-cü ildə Aİ öz ərazisinə kalium gübrələrinin idxalını qadağan edib, indi isə onların öz limanları vasitəsilə dünya bazarına tranzit imkanlarını bağlamaq niyyətindədir.
Kənd təsərrüfatı məhsullarına gəldikdə, bu yaz Avropa Komissiyası Rusiya taxıl məhsullarına 50 faiz əlavə ixrac rüsumunun tətbiq edib.//Musavat.com