İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlAvropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
13 Mart 2025 17:46 | Baxış sayı: 273
Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri sanksiyaların yumşaldılmasını müzakirə etmirlər, əksinə yeni paketi nəzərdən keçirirlər.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Anitta Hipper deyib.
“Biz yekdilliklə təsdiqlənən 16 sanksiya paketini təqdim etmişik və 17-ci paket üzərində işləyirik”, - deyə Hipper bildirib.
Qeyd edək ki, martın 13-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bəyan edib ki, Rusiyaya qarşı bütün sanksiya məhdudiyyətləri qanunsuzdur və ləğv edilməlidir. Eyni zamanda, Kreml nümayəndəsi Rusiyanın sanksiyalara mükəmməl uyğunlaşdığını vurğulayıb.