SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAvropa İttifaqı nadir torpaq ehtiyatları müqabilində Latın Amerikasına 10 milyard avro vəd edib
13 İyun 2023 00:34 | Baxış sayı: 631
Avropa İttifaqı Latın Amerikası ölkələrinə, ilk növbədə, iqlim dəyişikliyi ilə mübarizə, yaşıl enerji və rəqəmsal iqtisadiyyatın inkişafı layihələrinə nadir torpaq ehtiyatlarının hasilatı sahəsində əməkdaşlıq müqabilində 10 milyard avro sərmayə qoyacağını vəd edib.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Braziliyada keçirdiyi mətbuat konfransında bəyan edib.
“Biz qitələrimizin yaşıl keçid üçün bu əsas resurslara olan ehtiyaclarını ödəməyə kömək etmək üçün Braziliya ilə strateji nadir torpaq mədənləri üzrə tərəfdaşlığa başlayırıq”-deyə, o bildirib.
O vurğulayıb ki, Aİ Braziliyada hidrogen yanacağının daha təmiz istehsalına 2 milyard avro və tropik meşələrin itirilməsi ilə mübarizə üçün layihələrə 430 milyon avro sərmayə qoyur.
Bundan əlavə, o, ölkənin yenidən sənayeləşməsinə səbəb olan və təkcə iqtisadi sahədə deyil, ən geniş dialoq üçün platformaya çevrilməli olan Braziliya ticarət əməkdaşlığına söz verib.