20 Aprel 2025
Avropa İttifaqı Fələstinə 43 milyon avro AYIRDI

Avropa İttifaqı Fələstinə 43 milyon avro AYIRDI

Avropa İttifaqı Fələstinə 43 milyon avro AYIRDI

09 Avqust 2024 09:38 | Baxış sayı: 368

Avropa İttifaqı (Aİ) Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Avropa İttifaqının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Aİ avqustun 8-də Fələstin Administrasiyasına İordan çayının qərb sahilindəki məmurların maaşlarını və təqaüdlərini ödəməyə kömək etmək üçün 43 milyon avro yardım ayırıb.

"43 milyon avro Avropa İttifaqı tərəfindən Fələstin idarəçiliyinə ayrılmış qısamüddətli təcili maliyyə dəstəyinin birinci mərhələsidir", - məlumatda qeyd olunub.