20 Aprel 2025
Avropa İttifaqı Azərbaycanın notasına cavab verməyib

Avropa İttifaqı Azərbaycanın notasına cavab verməyib

Avropa İttifaqı Azərbaycanın notasına cavab verməyib

30 Oktyabr 2024 09:40 | Baxış sayı: 389

Avropa Parlamentinin sonuncu qətnaməsi ilə bağlı Bakının səfirə təqdim etdiyi etiraza Brüssel reaksiya verməyə tələsmir - Görünən tərəf

Oktyabrın 25-də Avropa Parlamenti (AP) Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı növbəti dəfə qətnamə qəbul etdi. Qətnamədə bir sıra tələblər irəli sürülüb. Məsələn, qeyd olunub ki, COP29-un Bakıda keçirilməsi ləğv edilsin, Azərbaycanla Aİ arasında enerji sahəsində imzalanan Strateji Tərəfdaşlıq memorandumundan imtina edilsin, Azərbaycandan tələb edilib ki, "siyası dustaqlar azadlığa buraxılsın", “işğal olunmuş Ermənistan torpaqlarından çıxsın”.

Bu qətnaməyə 453 deputatın səs verməsi bu qurumun Azərbaycana münasibətdə əvvəlki kimi münasibətində nə dərəcədə saxladığını göstərir. AP-nin qətnaməsinə etiraz olaraq Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-də səfirə Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa komissarı tərəfindən səsləndirilən fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib. Lakin notaya indiyə qədər Brüsseldən reaksiya yoxdur.