İvanişvilinin sərvəti açıqlandı
36 dəqiqə əvvəlAvropa Birliyi ilə ticarətimizdə ciddi azalma
28 Fevral 2024 05:13 | Baxış sayı: 456
Əsas azalma neft ixracındadır, bir neçə ölkə Fransa ilə həmrəylik nümayiş etdirib
Dövlət Gömrük Komitəsinin statistikasına əsasən bu ilin yanvar ayında Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ümumi ticarətinin həcmi 905 milyon 931.97 min dollar təşkil edib. Bu həcmin 728 milyon 294.32 min dolları Aİ-yə ixracın, 177 milyon 637.65min dolları isə idxalın payına düşür. Beləliklə də yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 15,5 faiz, ümumi ixracdakı payı isə 39,5 faiz təşkil edib. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə həm idxal, həm də ixracda Avropa İttifaqı ölkələrinin payı azalıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 27,1 faiz(382 milyon 772.78 min dollar), ümumi ixracındakı payı isə 55,16(1 milyard 35 milyon 246.09 min dollar) olub. Onu da bildirək ki, yanvar ayında ümumi idxalın 28,1 faizi, ümumi ixracın isə 5,5 faizi MDB ölkələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə MDB ölkələri ilə ticarətdə ciddi dəyişiklik olmayıb.//Musavat.com