SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlAvqustun ilk günü 38 dərəcə İSTİ OLACAQ
31 İyul 2023 09:06 | Baxış sayı: 475
Bakıda və Abşeron yarımadasında avqustun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.