SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAvqustun 20-dən başlayaraq... - Əhaliyə XƏBƏRDARLIQ!
20 Avqust 2024 12:39 | Baxış sayı: 420
Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə yollarda quraşdırma işləri sürətlə davam edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 13-15 sentyabr tarixlərində keçiriləcək.