İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlAtası tərəfindən qətlə yetirilən 24 yaşlı Nərgizin FOTOSU
22 Fevral 2024 11:50 | Baxış sayı: 600
Ağdam rayonunda 4 il əvvəl atası tərəfindən qətlə yetirildiyi deyilən qızın görüntüsü yayılıb.
AJMEDİA.İNFO xəbər verir ki, 2020-ci ildə itkin düşdüyü ehtimal edilən qız, 1996-cı il təvəllüdlü Nəcəfova Nərgiz Şikar qızıdır. Bu gün səhər saatlarında qızın atası Ş. Nəcəfov qızını qətlə yetirərək həyətdə basdırdığını deyib. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilsə də, hələlik qətlə yetirildiyi deyilən qızın meyiti tapılmayıb.
Araşdırmalar davam edir.
Xatırladaq ki, 2020-ci ildə Ağdam rayonunun İmanqulular qəsəbəsində qəsəbə sakini, 1996-cı il təvəllüdlü Nəcəfova Nərgiz Şikar qızı itkin düşüb. Bu gün səhər saatlarında qızın atası Ş. Nəcəfov qızını qətlə yetirdiyini bildirib.