SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlAtalığı 2 yaşlı uşağı... - Göygöldə ŞOK OLAY! + FOTOLAR
27 Sentyabr 2024 14:43 | Baxış sayı: 469
Göygöldə 2 yaşlı uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, azyaşlının atalığı tərəfindən döyülərək yandırıldığı iddia olunur.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən qafqazinfo-ya bildirilib ki, Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər.
“Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, azyaşlının atalığı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb”, - açıqlamada vurğulanıb.