20 Aprel 2025
Astrologiyanın ən ağıllı bürcləri: Onların İQ səviyyələri yüksəkdir - SİYAHI

Astrologiyanın ən ağıllı bürcləri: Onların İQ səviyyələri yüksəkdir - SİYAHI

Astrologiyanın ən ağıllı bürcləri: Onların İQ səviyyələri yüksəkdir - SİYAHI

27 Aprel 2023 09:15 | Baxış sayı: 528

Astrologiyada bəzi bürclər zəkaları ilə ön plana çıxır, hər kəsdən fərqli düşüncələri ilə diqqət çəkirlər. Yüksək “İQ”yə malik bu şəxslər həyatın bütün sahələrində asanlıqla uğur qazana bilirlər.

AJMEDİA.İNFO bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir.

Dolça bürcü – Astroloqlar hətta bu bürcün nümayəndələrini “dahi” adlandırırlar. Onlar orijinal ideyaları ilə olduqları hər yerdə fərq yarada bilirlər. Dolçaların beyinləri çox yaxşı işləyir. Bu bürcün nümayəndələrinin sosial quruluşu və sonsuz öyrənmək istəyi onlara çox fərqli bir perspektiv verir.

Qız bürcü - Analitik düşüncələri danılmazdır. Onlar hər zaman məsuliyyətli işləri ilə diqqətləri çəkirlər. Qız bürcünün həyatı nizama əsaslanır. Planlı və sistemli hərəkət etməyi xoşlayırlar. Onların həyatları demək olar ki, mükəmməldir. Ağılları sayəsində uğursuz olmaları mümkün deyil.

Əqrəb bürcü – Onların zəkasının sirli və mürəkkəb olduğu bildirilir. Bu bürclərin nümayəndələri hər hadisəyə həll yönümlü yanaşırlar. Onların sosial əlaqələri çox inkişaf edib. Analitik qabiliyyətləri güclü olduğundan uğurlu nəticələr əldə edə bilirlər.

Əkizlər bürcü - Çoxyönlü və praktiki zəkaya malikdirlər. Ümumiyyətlə, riyaziyyat və ya natiqlik və yazı kimi sahələrdə yaxşıdırlar. Əkizlər bürcü ünsiyyətcil olmaları və ictimai mövqeyi ilə də diqqət çəkir. Bu isə onları ətrafdakı yeni şeyləri öyrənməyə təşviq edir.

Oğlaq bürcü - Ən ağıllı bürclərdəndir. Oğlaqlar işləməyi sevir və nizam-intizamlı olmaqdan həzz alırlar. Ümumilikdə məntiqli və sabit xarakterli olan bu bürclər hər işi ən yaxşı şəkildə tamamlaya bilirlər.

(sfera.az)