SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl“Aşk-ı Memnu”nun məşhur aktyoru VƏFAT ETDİ - FOTO
20 Aprel 2023 12:02 | Baxış sayı: 412
“Aşk-ı Memnu” serialının aktyoru Rana Cabbar 78 yaşında dünyasını dəyişib.
AJMEDİA.İNFO bildirir ki, “Süleyman Əfəndi” obrazı ilə Türkiyədə məşhurlaşan aktyorla bağlı məlumatı “Sökmen” şirkəti açıqlayıb.
Məlumatda “Dəyərli aktyorumuz Rana Cabbarı itirdiyimiz üçün çox kədərlənirik. Allah rəhmət eləsin, yaxınlarına və bütün sevənlərinə başsağlığı veririk” - deyə qeyd olunub.
Xatırladaq ki, ötən həftə aktyor Metin Yıldız Rana Cabbarın səhhəti ilə bağlı məlumat vermişdi. “Böyük aktyor Rana Cabbar xəstədir, reanimasiyaya yerləşdirilib. Həkimi ilə danışdım, səhhəti pis deyil. Diqqətə, sevgiyə ehtiyacı var”, - Yıldız bildirmişdi.(Sfera.az)