SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl"Arzuları var idi, xəbəri görüb havalanıram..." - Canına qıyan əsgərin anası DANIŞDI + FOTOLAR
11 İyul 2023 08:21 | Baxış sayı: 601
Dünən Naxçıvanda odlu silahdan atəş açmaqla özünə qəsd edən sərhədçi Bəkiyev Kənan Seymur oğlu Azərbaycan Texniki Universitetinin məzunu olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə onun anası məlumat verib. O, oğlu ilə hadisədən bir gün əvvəl danışdığını deyib:
"Onun arzuları var idi. İntihar xəbərini görüb havalanıram. Mənim oğlum özünə qəsd edəsi oğul deyildi. Hərbi xidmətə ali savadlı, sağlam övlad göndərmişdim".
Culfa rayonunun Gülüstan kəndində xidmət edən 22 yaşlı K.Bəkiyev dünən Hövsan qəsəbəsində dəfn olunub.
(unikal)