SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlArxeoloqlar firon II Ramzesin qılıncını tapdı
07 Sentyabr 2024 20:35 | Baxış sayı: 226
Misir arxeoloqları ölkənin şimalındakı Əl-Buheyra əyalətində qazıntılar zamanı firon II Ramzesin qılıncını tapıblar.
Bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Misirin arxeoloji missiyası Yeni Krallıq dövrünə aid hərbi kazarma, silah və ərzaq anbarlarından bir sıra memarlıq blokları aşkar edib. Həmçinin çox sayda arxeoloji tapıntılar və əsgərlərin şəxsi alətləri aşkar edib.
Misirin Qədim Əsərlər üzrə Ali Şurasının baş katibi Məhəmməd İsmayıl Xalid bildirib ki, tapıntı qədim zamanlarda Misir ordusunun yerləşdiyi yerlərdən biri hesab edilən Abqayn qalasının tarixi və arxeoloji əhəmiyyətini təsdiqləyir.