SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlArvadı Vardanyana görə erməniləri “dua etməyə” çağırdı - BƏYANATIN MƏTNİ
27 Sentyabr 2023 12:47 | Baxış sayı: 745
Sentyabrın 27-də “Laçın” dövlət sərhəd buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Ruben Vardanyan saxlanılıb. Ruben Vardanyanın saxlanılması ilə bağlı onun həyat yoldaşı Veronika Zonabend bəyanat yayıb.
AJMEDİA.İNFO Ermənistan mediasına istinadən xəbər verir ki, Zonabend açıqlamasında bildirib ki, əri sentyabrın 27-də səhər saatlarında saxlanılıb:
“Bu gün səhər, ərim, xeyriyyəçi, iş adamı və keçmiş “dövlət naziri”, Ruben Vartanyan Qarabağı tərk etmək istəyərkən Azərbaycanın hakimiyyət orqanları tərəfindən həbs olunub”.
Veronika Zonabend hamıdan həyat yoldaşının sərbəst buraxılmasında kömək etməyi xahiş edib. O, erməniləri Ruben üçün dualar etməyə çağırıb.