20 Aprel 2025
Arnold Şvartsnegger SAXLANILDI

Arnold Şvartsnegger SAXLANILDI

Arnold Şvartsnegger SAXLANILDI

18 Yanvar 2024 07:28 | Baxış sayı: 475

ABŞ aktyoru Arnold Şvartsnegger Münhen hava limanında saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, o, iqlim böhranı ilə mübarizə xeyriyyə təşkilatına kömək etmək üçün hərracda satmağı planlaşdırdığı 26.000 avroluq “Audemars Piguet” saatını gömrüyə bəyan etmədiyi üçün nəzarətə götürülüb. “Bild” qəzeti gömrük rəsmilərinə istinadən xəbər verir ki, Avstriya əsilli aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru Los-Ancelesdən Münhenə gələndə təxminən üç saat hava limanında saxlanılıb.

Şvartsneggerin yükündə axtarış aparan məmurlar onu kənara çəkiblər və ona yüklərin arasında gömrük blankında bəyan etmədiyi saat olduğunu bildiriblər. Münhendəki Baş Gömrük İdarəsinin sözçüsü deyib: “Biz cəzalandırma prosedurlarına başlamışıq. Saat xaricdən gətirildiyi üçün qeydiyyatdan keçməli idi”.

Şvartsnegger səlahiyyətlilərə saatın İqlim Təşəbbüsünə bağışlandığını və Avstriyanın Kitzbühel xizək kurortunda keçiriləcək tədbirdə hərraca çıxarılacağını bildirib. “Bild”in məlumatına görə, səlahiyyətlilər Şvartsneggerdən 4 min avro vergi və 5 min avro cərimə də daxil olmaqla 35 min avro tələb ediblər. Məlumata görə, aktyor məbləği kredit kartı ilə ödəməyi təklif edib. Lakin Almaniya gömrük qaydalarına görə məbləğin yarısı nağd şəkildə ödənilməlidir. Şvartsneggeri nəğd pul çıxarmaq üçün banka gedərkən gömrük işçiləri onu müşayət ediblər. Məsələ həll olunduqdan sonra Arnold Alois Şvartsnegger sərbəst buraxılıb.