20 Aprel 2025
Arıların hücumu nəticəsində 6 nəfər ölüb

Arıların hücumu nəticəsində 6 nəfər ölüb

Arıların hücumu nəticəsində 6 nəfər ölüb

09 May 2023 16:38 | Baxış sayı: 603

Nikaraquada avtobus yoldan çıxaraq arı pətəklərini aşırıb və həşəratlar sərnişinlərə hücum edib, hadisə nəticəsində 6 nəfər ölüb.

Məlumata görə, içərisində 60 sərnişinin olduğu avtobusun sürücüsü idarəetməni itirərək qəza törədib.

Plantasiyada saxlanılan pətəklərdə arılar sərnişinlərə hücum edərək onlardan 45-ni sancıb. Ölənlər arasında 47 yaşlı qadın və onun 8 yaşlı qızı da var. Dörd nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada dünyasını dəyişib.