SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlArgentina Çindən idxalı yuanla ödəməyə hazırlaşır
27 Aprel 2023 07:11 | Baxış sayı: 356
Argentina Çindən idxalı dollarla deyil, yuanla ödəyəcək.
Bu barədə Cənubi Amerika ölkəsinin iqtisadiyyat naziri Serxio Massa məlumat verib.
Onun sözlərinə görə, iki ölkə arasında “svop” əməliyyatı aktivləşdiriləcək: “Bununla da apreldə 1,04 milyard ABŞ dolları, may ayından isə 790 milyon ABŞ dollarını əvəz edəcəyik. Çinlə ticarətdə yuana keçmək Argentinaya daha çox azadlıq verəcək və ehtiyatlarını gücləndirəcək”.
Nazir qeyd edib ki, ölkə tarixindəki ən pis quraqlıq səbəbindən Argentinanın ixracı 15 milyard dollar azalıb:
“Bu, qarşımıza ölkədə iqtisadi fəaliyyətdə və istehsalda əsas rol oynayan materialların və malların idxalının səviyyəsini saxlamaq üçün ehtiyatların saxlanması kimi çətin vəzifə qoydu”.